Axar.az
Yuxarı

Axar.Az Logo

Başçılar Heydər Əliyev parkının yarıdan çoxunu satıb - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonun mərkəzində yerləşən və Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın böyük bir hissəsi satılıb.

Bu barədə Axar.az-ın redaksiyasına şikayət məktubu ünvanlayan rayon sakinləri bildirib.

Parkın 1 hektara yaxın ərazinin isə obyekt tikilməsi üçün qanunsuz olaraq Vahid və Asəf Abdullayevə verildiyi bildirilir.

Səsləndirilən iddialara cavab olaraq Beyləqan icra başçısının birinci müavini Telman Məstanov saytımıza bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb:

“Araşdırma Nazirlər Kabineti tərəfindən aparılıb. Ərazidəki tikililərin qanuni, ya qeyri-qanuni olmasını onlar müəyyənləşdirib”.

Saytımız məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə rəsmi sorğu göndərib.

Qeyd edək ki, bir müddət əvvəl Beyləqan İcra Hakimiyyəti parkın ərazisinin satıldığını təsdiqləmişdi. Bildirmişdi ki, sabiq başçısının sərəncamı ilə parkdan Asəf Vahid oğlu Abdullayevə və Vahid Cəmil oğlu Abdullayevə qeyri-yaşayış obyekti tikmək məqsədilə 0.24 və 0,344 hektar torpaq sahəsi verilib. Sözügedən parkın digər hissəsi isə Gənclər Mərkəzi, uşaq bağçası, şahmat məktəbi və s. binaların tikintisi üçün satılıb.

Beləliklə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən parkın yeni baş planında 4.21 hektar ərazisi olan parkın 2.30 hektar ərazisi qeyd edilib.

İH-dən bildirilmişdi ki, satılmalar sabiq icra başçıları İrşad Əliyev və Vaqif Abdullayevin vaxtında (2011-2018-ci illərdə) satılıb, bu satılmaların yeni icra başçısı Asif Ağayevə aidiyyəti yoxdur.

Xatırladaq ki, satılmalar daha çox Vaqif Abdullayevin başçı olduğu zaman baş verib, həm də Asəf Vahid oğlu Abdullayev və Vahid Cəmil oğlu Abdullayevə rəsmi sənədlərlə satılıb.

Tarix
2021.02.22 / 13:09
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Füzuliyə qanunsuz keçmək istəyənlər saxlanıldı - Foto

Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN

Zəngilanın Qaragöz kəndi - Video

Sabahın hava proqnozu açıqlandı

Zəngilanda təhlükəsizlik tədbirləri gücləndirildi

Speys TV-də daha bir veriliş bağlandı

Badamdarda yenidən sürüşmə oldu

Qənirə Paşayeva daha bir şəhid anası ilə görüşdü

Yolda 4 qəza oldu: 4 nəfər öldü

Ceyhun Bayramov xanımı təbrik etdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla