Yuxarı

Nazirliyin şöbə müdirinin müavini işdən çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirliyin şöbə müdirinin müavini işdən çıxdı

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə işdən çıxıb.

Axar.az xəbər verir ki, bu barədə danışan M.Camalzadə bu gündən etibarən Təhsil Nazirliyi sistemində və dövlət qulluğundakı fəaliyyətini yekunlaşdırdığını bildirib.

"İşdən ayrılma barədə qərarımı anlayışla qarşıladığı üçün nazirliyin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.

Əslində, uzun müddət idi ki, fəaliyyət sahəmi dəyişməklə bağlı düşünürdüm. Pandemiya dövründə isə ətraflı götür-qoy etmək üçün əla fürsət yaranmışdı. Çox təhlillərdən sonra o qənaətə gəldim ki, artıq Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini və İnsan resursları mərkəzinin müdiri vəzifələrində öz missiyamı başa vurmuşam.

Vəzifə funksiyalarını icra etmək üçün yalnız bilik və səriştə bir məqamdan sonra kifayət etmir. Əməkdaşda enerji və entuziazmın olması da mühüm şərtdir. Mən isə müvafiq sahə üzrə həmin enerjini ötən 8 il ərzində imtahan zallarında, vətəndaş qəbullarında və müxtəlif yoxlamalarda sərf etdim", - M.Camalzadə qeyd edib.

Tarix
2021.02.22 / 18:47
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla