Yuxarı

Xocalı soyqırımı Pakistanda yad edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı soyqırımı Pakistanda yad edildi - Foto

Azərbaycanın Pakistandakı səfirliyi, bu ölkənin ixtisaslaşmış beyin mərkəzlərindən olan Münaqişənin Həlli İnstitutunun həmkarlığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olnmuş "Bombardımanlar, Qətliamlar, Soyqırımlar. İnsanlığa qarşı cinayətlər" adlı seminar təşkil edib.

Bu barədə Axar.az-a səfirlikdən məlumat verilib.

Bildirilib ki, Pakistanın federal naziri, Milli Assambleyada Kəşmir məsələləri üzrə Parlament Komitəsinin sədri Şəhriyar Afridinin ali qonaq kimi təşrif buyurduğu “Bombardımanlar, Qətliamlar, Soyqırımlar. İnsanlığa qarşı cinayətlər" adlı seminarda Münaqişənin Həlli İnstitutunun rəhbəri Sabah Aslam, müdafiə üzrə analitik, ehtiyatda olan general-leytenant Amjad Şoaib, Kayde Azam Universitetinin müdafiə və strateji araşdırmalar üzrə professoru Səlma Malik, Pakistanın bir sıra millət vəkilləri, diplomatlar, gənclər və üniversitet tələbələri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə, həmçinin Xocalıda ermənilərin törətdiyi vəhşəti əks etdirən foto-stendlər sərgilənib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, eləcə də Azərbaycan həqiqətlərinə dair əyani materiallar iştirakçılar arasında paylanıb. Pakistan ictimaiyyəti tərəfindən maraqla qarşılanan seminar Pakistanın aparıcı televiziyaları və digər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Tarix
2021.02.23 / 12:07
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla