Yuxarı

Paytaxtın daha iki küçəsi təmirə bağlandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paytaxtın daha iki küçəsi təmirə bağlandı - Video

Təmirlə əlaqədar paytaxtın iki ən işlək küçəsi təmirə bağlanır.

"Azəryolservis" ASC-dən Axar.az-a verilən məlumata görə, Binəqədi rayonu Biləcəri qəsəbəsinin daha iki küçəsi, Rəşid İsmayılov və Xurşidbanu Natəvan küçələri təmirə bağlanır.

Küçələrin ümumi uzunluğu 670 metr, eni isə ortalama 13,5 metrdir. Burda ümumilikdə 9500 kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq Xurşidbanu Natəvan küçəsində, təqribən 4600 kvadrat metr sahədə bu işlər yekunlaşıb. Rəşid İsmayılov küçəsində isə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə yenicə başlanılıb. İki gün ərzində burda da işlərin yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra isə hər iki küçə tam olaraq yeni görkəmdə sürücülərin ixtiyarına veriləcək.

Artıq hər iki küçədə zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Sözügedən ərazidə təqribən 1350 paqon-metr yeni səki daşı düzülüb, səkilərdə abadlıq işləri həyata keçirilir. Bəzi ərazilərdə səkilərə tamet daşları düzülüb və bu işlər davam etdirilir, bəzi yerlərdə isə səkilər asfaltlanır.

İşlər tərtib olunmuş qrafikə uyğun olaraq həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən həyata keçirilən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Qeyd edək ki, bundan öncə qəsəbənin ümumi uzunluğu təqribən 4 kilometr olan 4 küçəsində anoloji təmir-tikinti işləri həyata keçirilib.

Tarix
2015.06.02 / 11:31
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İslamın yanlış təqdim edilməsi... - XİN

Türkiyə və Azərbaycan diplomatları Suriyada görüşdülər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla