Yuxarı

Azərbaycanda əsgərlik 2 il olacaq? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda əsgərlik 2 il olacaq? - Açıqlama

2020-ci ilin oktyabr ayında hərbi xidmətdən tərxis edilməli olan əsgərlər hələ evə buraxılmayıblar. Buna səbəb kimi sentyabr ayının 27-də Vətən müharibəsinin başlanması göstərilir. Maraqlı məqam odur ki, yanvar ayında da tərxis prosesi həyata keçirilmədi. Bu isə özlüyündə müxtəlif ehtimalların ortaya çıxmasına şərait yaradır. Cəmiyyətdə dolaşan şayiələrə görə, hərbi xidmət müddəti ali təhsilli şəxslər üçün 1,6 il, orta təhsillilər üçün isə 2 il olacaq.

Axar.az-ın məlumatına görə, məsələ ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycanda çağırış da, tərxis da ölkə başçısının fərmanına əsasən, həyata keçirilir:

“Əvvəlcədən belə bir məlumat da vardı ki, əsgərlərin tərxisi aprelin 15-dək ertələnəcək. Bu, onunla bağlıdır ki, yanvar ayında xidmətə çağırılan əsgərlər 3 ay ixtisas kursu keməlidir. Bundan sonra onlar hərbi hissələrə gedəcəklər və hərbi hissələrdə artıq xidmət vaxtı başa çatan şəxsi heyət tərxis olunacaq. Hərbi hissələrdə də bu haqda məlumat mövcud idi. Yəni uzadılan və ya qısaldılan heç nə yoxdur. Azərbaycan Respublikasının qanunu var və onun çərçivəsində də bütün məsələlər həll olunacaq. Bu isə sadəcə bir çağırışın uzadılmasıdır. Məlumdur ki, gənc əsgərlər birdən-birə döyüşə bilməz. Onlar hələ bərkiməyiblər. Heç olmasa, gənc əsgər kursu keçməlidirlər. Sonra ixtisas üzrə gedib xidmət keçəcəklər. Narahatlığa səbəb yoxdur. Bu heyətin vaxtı ona görə uzadıldı ki, səfərbərliklə gələn heyəti buraxaq. Çünki onların ailələri var. Aprelin 15-də hamısı tərxis olunacaq. Qanunda dəyişiklik yoxdur”.

Tarix
2021.02.23 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla