Yuxarı

Tələbələr DGK-da təcrübəyə başladılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbələr DGK-da təcrübəyə başladılar

Dövlət Gömrük Komitəsinin Akademiyasının IV kurs tələbələri Dövlət Gömrük Komitəsinin struktur bölmələrində 14 həftəlik istehsalat təcrübəsinə başlayıblar.

Axar.az xəbər verir ki, akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təcrübəyə gedəcək tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb.

Akademiya rəisi son illərdə gömrük sahəsində aparılan islahatlardan, eləcə də akademiyada keçirilən beynəlxalq tədbirlərdən danışıb.

Qulu Novruzov istehsalat təcrübəsinin dörd illik təhsilin sonuncu və çox önəmli bir mərhələsi olduğunu vurğulayıb. O qeyd edib ki, tələbələr dörd ildə qazandıqları nəzəri bilikləri təcrübə vaxtı əyani şəkildə tətbiq etməyi öyrənirlər.

Qeyd edək ki, iqtisadiyyat və hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələri akademiyanın müvafiq tədris planlarına əsasən bütün dərsləri uğurla başa çatdırıblar və ixtisasları üzrə gömrük sahəsi ilə əlaqəli buraxılış işi mövzuları seçiblər. Tələbələrin tədqiqat mövzularına müvafiq olaraq Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrində istehsalat təcrübəsi keçmələri uyğun görülüb.

Tarix
2021.02.23 / 23:01
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla