Yuxarı

Gürcüstana gedəcək vətəndaşlarımızın diqqətinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstana gedəcək vətəndaşlarımızın diqqətinə!

Azərbaycan, Ermənistan, Ukrayna, Rusiya və Belarus vətəndaşları martın 1-dən etibarən neqativ koronavirus test nəticəsini təqdim edərək hava yolu ilə Gürcüstana səfər edə biləcəklər.

Axar.az Azmedia.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Natiya Turanava açıqlama verib.

Həmçinin Baş nazir İrakli Qaribaşvilinin bu gün keçirilən brifinqdə açıqlamasına görə, martın 1-dən etibarən Batumidə, martın 8-dən etibarən isə digər bütün şəhərlərdə restoranların qapalı məkanlarda xidmət göstərməsinə icazə veriləcək. Qaribaşvili şəhərlərarası nəqliyyatın fevralın 25-dən etibarən bərpa olunacağını da qeyd edib.

Bununla yanaşı ölkədə 28 noyabr 2020-ci il tarixindən tətbiq olunan komendant rejiminin qüvvədə qalacağı bildirilib. Qaydaya görə axşam saat 9-dan səhər saat 5-ə qədər çölə çıxmaq qadağandır.

Qeyd edək ki, Gürcüstanda beynəlxalq aviareyslərin fevralın 1-dən etibarən bərpa olunmasına baxmayaraq, Azərbaycan daxil olmaqla, bir sıra ölkələrin vətəndaşları yalnız tam vaksinasiyadan keçdiklərinə dair arayış təqdim edərək ölkəyə daxil ola bilərdilər.

Tarix
2021.02.24 / 21:05
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla