Yuxarı

DYP sürücülərə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP sürücülərə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq paytaxt ərazisində sürücülərə müraciət edib.

Axar.az xəbər verir ki, idarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bəzi ərazilərdə yenə də buzlaşma və sürüşmə ehtimalının olduğunu deyib.

“Bugünkü hava şəraiti ilə əlaqədar olaraq bir daha avtomobil sürücülərindən xahiş edirik ki, vəziyyəti və şəraiti düzgün təhlil etsinlər. Mümkün qədər şəxsi avtomobillərindən istifadə etməsinlər. Mərkəzə doğru bütün küçə və prospektlərdə təmizlik işləri davam etdirilir. Təhlükəsizliyi təmin etmək üçün əməkdaşlarımız gücləndirilmiş iş rejimi ilə xidmətlərini davam etməklə yanaşı, enişli-yoxuşlu, sərt döngələr tərəfimizdən nəzarətə götürülüb, nizamlayıcı qismində ərazilərdə xidmət aparırıq. Avtomobillərin sürət həddini aşağı salmağı, ara məsafəsini normadan artıq götürməyi və yol boyu qoyulmuş yol nişanlarına uyğun hərəkət etməyi tövsiyə edirik. Həmçinin dövlət nömrə nişanlarının və işıq cihazlarının təmiz olması da vacibdir”, - V.Əsədov bildirib.

Tarix
2021.02.25 / 10:10
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla