Yuxarı

Sabah bu şəxslərin psixoloji reabilitasiyasına başlanılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah bu şəxslərin psixoloji reabilitasiyasına başlanılır

Xəbər verildiyi kimi, 44 günlük Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəmizə gəlib.

FHN-dən Axar.az-a verilən məlumata görə, FHN-in “112” qaynar telefon xətti vasitəsilə psixoterapevtik yardım üçün qeydiyyata yazılmış vətəndaşlarımızdan bugünədək 520-dək şəxsə mütəxəssislər tərəfindən müvafiq yardım göstərilib.

Xatırladaq ki, sabahdan etibarən Türkiyə Respublikasından olan psixoloq mütəxəssislərin iştirakı ilə Bakı şəhəri ilə yanaşı Gəncə və Bərdə şəhərlərində müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası işinə başlanılacaq.

Qeyd edək ki, ödənişsiz psixoloji yardım almaq üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng etmək lazımdır.

Tarix
2021.02.25 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla