Yuxarı

Amreyev Xocalıdan danışdı: Acı xatirəsi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amreyev Xocalıdan danışdı: Acı xatirəsi...

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev məlumat yayıb.

Axar.az xəbər verir ki, məlumatda 29 il əvvəl Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda bir gecədə yaşlı, qadın, uşaq və körpələrin də olduğu günahsız insanların qətlə yetirildiyi bildirilib.

Qeyd edilib ki, bu məlum hadisə zamanı minlərlə insan yaralanıb və girov götürülüb, Xocalı qəsəbəsi tamamilə yox edilib:

“Bütün dünyanın da şahid olduğu kimi, ədalət öz yerini tutdu və qardaş Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi uğrunda qanuni mübarizəsi zəfərlə nəticələndi. Bu zəfər bütün türk dünyası üçün bir qürur və sevinc qaynağına çevrilib. Şübhəsiz ki, Xocalının acı dolu xatirəsi ilk günkü kimi azərbaycanlı qardaşlarımızın qəlbində yaşayır. Bu vəsilə ilə Türk Şurası olaraq biz də Xocalı soyqırımı qurbanlarının xatirəsini hörmətlə yad edir, Azərbaycan xalqı və dövlətinə baş sağlığı diləyir və türk dünyası olaraq Azərbaycanla çiyin-çiyinə durmağa davam edirik”.

Tarix
2021.02.25 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla