Yuxarı

Fransa portalı Ağdamdan yazdı: Ruhlar şəhəri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa portalı Ağdamdan yazdı: Ruhlar şəhəri...

Fransanın nüfuzlu “Atlantico” portalında Ağdam şəhərindən reportaj dərc edilib.

Axar.az-ın məlumatına görə, yazının müəllifi Yaxın Şərq üzrə ekspert, siyasi elmlər doktoru Sebastyan Bussuadır.

O, bu yaxınlarda şəhər xarabalıqlarını ziyarət edib və erməni vandalizmini öz gözləri ilə görüb. Araşdırmaçının sözlərinə görə, vaxtilə mədəniyyət mərkəzi olan Ağdam indi ruhlar şəhərini xatırladır.

“Qarabağın Ağdam şəhəri Bakıdan 360 km məsafədə yerləşir. Bu şəhər təkcə 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla sona çatan 44 günlük hərbi əməliyyatların deyil, bütövlükdə otuz illik müharibənin simvoludur.

Ağdam 1993-cü ildə, yəni ilk Qarabağ münaqişəsi vaxtı, bölgədəki bir çox digər şəhərlər kimi, daha böyük bir Ermənistan arzusunu reallaşdırmaq istəyən erməni separatçı hökuməti və ordusu tərəfindən işğal olunub.

800.000 azərbaycanlı müharibə nəticəsində qaçqın və ya məcburi köçkün düşüb, öz evlərindən qovulub. Ağdamın işğalı heç də gələcəkdə burada erməni əhalisinin yerləşdirilməsi məqsədilə deyil, əksinə əvvəllər burada yaşayan azərbaycanlıların bütün izlərinin silinməsi məqsədilə həyata keçirilib. Sovet İmperiyasının çöküşü yeni millətçi iştahların artmasına səbəb olub və bunun nəticəsi olaraq, Ağdam bölgədəki ənənəvi çoxmədəniyyətli şəhərlərdən biri kimi tarix səhnəsindən silinib”, – deyə müəllif bildirir.

Tarix
2021.02.28 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla