Yuxarı

Vəfat edən qazi ilə bağlı Prezidentə müraciət edildi - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü yandıran Qarabağ qazisi Zaur Həsənov vəfat edib.

Bu barədə məlumat mərhumun müalicə olunduğu 5 saylı şəhər xəstəxanadan daxil olub. Məlumata görə, o təxminən yarım saat öncə dünyasını dəyişib.

Xəstəxanadan bildiriblər ki, yaxın dəqiqələrdə mərhumun meyti morqa aparılacaq.

Qeyd edək ki, Qarabağ qazisi Zaur Həsənov bu gün axşam saatlarında komaya düşmüşdü.

***

22.55

Artıq mərhumun cənazəsini Göy Məscidə yumağa aparıblar.

Xəstəxananın baş həkimi saylı şəhər Klinik Xəstəxananın baş həkimi Ziya Əsədov tibb müəssiəsinin qarşısına toplaşan insanlara bildirib ki, Z. Həsənov saat 22.25-də dünyasını dəyişib: Qarabağ qazisinin ölünmü ilə bağlı məlumat verib. O bildirib ki, həkimlərin səyinə baxmayaraq, xəstəni komadan ayıltmaq mümkün olmayıb.

***

23.12

Göy Məscidin qarşısında 100-dən artıq insan toplaşıb. Onlar arasında müxtəlif ictimai təşkilatların rəhbərləri və Mətbuat Şurasının bir neçə üzvü var.

Mərhumun yaxınlarının əməkdaşımıza verdiyi məlumata görə, mərhum sabah yaşadığı Bibiheybət qəsəbəsinin qəbirstanlığında dəfn olunacaq.

***

23.52

Zaur Həsənovun cənazəsi məsciddən evinə aparılır. əməkdaşımız xəbər verir ki, onun evi Qaradağ rayonu Lökbatan qəsəbəsindədir.

Mərhumun dəfni sabah saat 14:30-a planlaşdırılıb.

***

23.55

Qarabağ qazisi Zaur Həsənovun ölüm xəbərinə toplaşan Qarabağ qazilərini özündə birləşdirən müxtəlif təşkilatların rəhbərləri mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyevə müraciət ediblər.

Onlar xahiş ediblər ki, Zaur Həsənovun şəhid kimi dəfn olunması üçün ölkə başçısı göstəriş versin.

Onlar həmçinin, ölkə vətəndaşlarına müraciət edərək, bu hadisəni siyasiləşdirməmək, provakasiyalardan yayınmağa çağırıblar. Bildiriblər ki, bu məsələdə səbrli davranmaq lazımdır: "Çünki bu məsələ dövlət başçısının nəzarətindədir".

"AzNews.az"

Tarix
2013.12.29 / 00:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla