Yuxarı

Vaksinasiya xaricə gedənlərin sayına necə təsir etdi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda COVİD-19-a qarşı peyvəndləmə prosesi yeni başladığı üçün vaksin vurdurduqdan sonra xarici ölkəyə gedən səyahətçilərin sayı çox azdır.

Axar.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, koronavirusa qarşı peyvəndləmə dünyanın bir çox ölkəsində sürətlə həyata keçirilir. Bir neçə ölkə turistləri qəbul etməyə razılıq bildirsə də, bu hal tamamlanmış peyvənd vurduran şəxslərə və ya uçuşdan 48 saatdan az olmaq şərtilə COVİD-19-a qarşı neqativ test nəticəsi olanlara şamil olunur:

"Mövcud vəziyyətdə Azərbaycanda yalnız neqativ testləri olan şəxslər səyahət etmək imkanına malikdirlər. Lakin səyahət üçün ölkələrin sayı da çox azdır. Bir çox ölkənin sərhədi hələ də bağlı olaraq qalır. Belə görünür ki, bu hal bir müddət davam edəcək".

Bir ildir davam edən pandemiyanın turizm sahəsini çətinliklərlə üzləşdirdiyini deyən G.Qəhrəmanov hesab edir ki, peyvəndləmə ölkələrdə nə qədər sürətlə həyata keçirilərsə və daha çox kütləni əhatə edərsə, ölkələrin sərhədləri də bir o qədər tez açıla bilər.

Tarix
2021.03.02 / 09:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla