Yuxarı

Generalın qardaşı barədə yenidən cinayət işi başlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin tabeliyində olan "Sərhədçi" İdman Kompleksinin keçmiş rəis müavini, polkovnik-leytenant Elxan Nağıyev haqqında yenidən cinayət işi başlanıb.

Axar.az Yenisabah.az-a istinadən xəbər verir ki, dələduzluqda suçlanaraq 2020-ci ilin noyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən polkovnik haqqında bu ilin fevralında yenə eyni ittihamla cinayət işi başlanıb. Çünki birinci cinayət işinin istintaqı yekunlaşandan sonra yeni şikayətlər ortaya çıxıb.

Adıçəkilən polkovnik Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, ötən ilin mayında həbs olunub avqustda buraxılan, daha sonra müharibədə iştirakına görə "Qarabağ" ordeni ilə mükafatlandırılan general Əfqan Nağıyevin qardaşıdır.

Nağıyev 6 illik həbs hökmündən apellyasiya şikayəti versə də, təmin olunmayıb. Fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimov hökmü qüvvədə saxlayıb. Fevralın 12-də isə hərbi prokurorun müavini Fuad Məmmədovun qərarı ilə onun barəsində dələduzluq və rüşvət verməyə təhrik ittihamları ilə yenidən cinayət işi başlanıb.

İddia olunur ki, Nağıyev rəis müavini işlədiyi dövrdə - 2019-cu ilin iyulunda birgə biznes qurmaq adıyla "Sərhədçi"nin binasında Asif Qurbanovdan 100 min, DSX-də gizir kimi işə düzəltmək üçün Əlamət Bəşirovdan 6 min, tikinti ilə bağlı tenderdə qalib olmaqdan ötrü Ağayar Süleymanovdan 10 min manat pul alıb.

"Elxan Nağıyevlə görüş zamanı o bizdə elə böyük bir təəssürat yaratdı ki, sanki həmin şəxs həqiqətən də öz kiçik kabinetində oturub bütün Azərbaycanı idarə edir. Prezident Administrasiyasının məsul şəxsləri, nazirlər, icra başçıları ilə yaxın münasibətləri olduğunu, istənilən problemi həll edə biləcəyini deyirdi", – zərərçəkmiş qismində tanınan şəxslərdən Asif Qurbanov belə deyir.

Onun sözlərinə görə, Nağıyevə verdiyi puldan 55 min qaytarılıb - bir dəfə 40 min, ikinci dəfə 15 min: "Maaş kartını da mənə verib demişdi ki, içində 10 min pul var. Amma kartı itirdim. Xahiş etdim ki, yenisini çıxarıb versin, eləmədi".

O, general Nağıyevə də müraciət edərək qardaşına verdiyi pulları sələmlə götürdüyünü vurğulayıb. Qalan 45 min manatın qaytarılması üçün yardım istəyib:

"Bilirəm ki, Dövlət Sərhəd Xidmətində vəzifənizə bərpa olunmusunuz. Xahiş edirəm, pulun qaytarılmasına kömək edin. Faiz, borc içində batıram..."

Təqsirləndirilən polkovnik özünü qismən təqsirli bilib. O, müəyyən adamlardan pul aldığını təsdiqləsə də, kimsəni aldatmaq niyyəti olmadığını vurğulayıb.

Ə.Nağıyev 2020-ci ilin mayında CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3 (külli miqdarda rüşvət alma) maddələri ilə suçlanaraq həbs edilib. O, avqustda həbsdən buraxılıb.

Prokurorluq onun cinayət məsuliyyətindən azad edilmədiyini, sadəcə, barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzləndiyini açıqladı. Oktyabrda AzadlıqRadiosu general Nağıyev haqqında cinayət işinə xitam verildiyi haqda məlumat əldə etsə də, Baş Prokurorluq bunu təkzib etdi. Bildirildi ki, Nağıyev haqqında cinayət işinin istintaqı davam edir. Dekabrda isə prezidentin sərəncamı ilə "Qarabağ" ordeni ilə mükafatlandırıldıqda məlum oldu ki, ev dustaqlığında olan Nağıyev müharibədə iştirak edibmiş. Daha sonra onun haqqında cinayət işinə xitam verildiyi və DSX-d\ işini davam etdirdiyi haqda məlumat yayıldı.

Tarix
2021.03.02 / 09:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla