Yuxarı

Bakıda qəzaların sayı azalacaq – Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qəzaların sayı azalacaq – Səbəb

"Bakıda tramvayların yenidən bərpa olunması ictimai nəqliyyata dəstək olacaq".

Bunu Axar.az-a yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun yaxın gələcəkdə paytaxt Bakıda tramvay xətlərinin yenidən bərpa olunacağı ilə bağlı fikirləri şərh edərkən söyləyib.

Ekspertin sözlərinə görə, təhlükəsizlik baxımından tramvaylar, digər nəqliyyat vasitələrindən dəfələrlə sərfəlidir:

"Son illər şəxsi avtomobillərin sayının artması küçə və yollarda sıxlığı artırıb. Bu da uzun tıxacların yaranmasına səbəb olur. Üstəlik, marşrut sürücülərinin intizamsızlığı da yollardakı özbaşınalığa gətirib çıxarır. Ancaq tramvayların bir reys üzərində hərəkət etdiyini nəzərə alsaq, bu sürücü özbaşınalığının, həmçinin avtomobil qəzasının çoxalmasının qarşısını nisbətən alacaq".

Ə.Hüseynovun sözlərinə görə, Bakı kimi böyük və əhalinin sıx məskunlaşdığı şəhərlərdə tramvay mütləq olmalıdır:

"Çünki tramvay ekoloji cəhətdən də faydalıdır. Sürücü tramvayı avtobus kimi gah sağa, gah sola sürə bilməyəcək. O, konkret dəmiryol xətti ilə intizamlı gedir. Müasir tramvayların sərnişin tutumu da böyükdür. Bu sərnişin nəqliyyatının məhdud ərazidə bərpa olunmasının effekti yüksək olmayacaq. Onlar yalnız əsas nəqliyyat şəbəkələrini əhatə edəcəyi halda effekt verəcək".

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov yaxın gələcəkdə paytaxt Bakıda tramvay xətlərinin yenidən bərpa olunacağını bildirib. Onun sözlərinə görə, artıq məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Tarix
2015.06.03 / 21:53
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla