Yuxarı

Azərbaycanda məktəblər bağlanır? - Rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:00

Martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlər virusla əlaqədar fəaliyyətini dayandırır.

Axar.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib.

Ekspertin sözlərinə görə, məktəblərin bir aydır açılamasına baxmayaraq, virusun yayılması səbəbindən artıq 30 məktəbdə tədris dayandırılıb:

"Əyani tədrisin başlaması ilə virusun yayım tempinin artacağı proqnozlaşdırılırdı. Ancaq bu qədər sürətlə yayılacağı gözlənilmirdi. Ona görə də bir həftəlik qapanma barədə qərar verildi".

Ekspert yaxın dəqiqələrdə bununla bağlı Təhsil Nazirliyinin rəsmi açıqlama verəcəyini də qeyd edib.

Təhsil Nazirliyi isə bu iddiaları təkzib edib və bildirib ki, 3-9 mart tarixlərində məktəblərin bağlanması qərarı ötən ilə aiddir.

"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir", - nazirliyin sözçüsü Cəsarət Valehov qeyd edib.

Xatırladaq ki, K.Əsədov bu açıqlamadan sonra da məlumatının doğruluğunda israr edib.

Tarix
2021.03.02 / 13:15
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla