Yuxarı

Bakı ərazisində quşların ölümü qeydə alındı – Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, ötən ilin yanvar ayından etibarən vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogen quş qripi və digər zoonoz xəstəliklər qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Axar.az-a verilən məlumata görə, respublikamızın ərazisini yoluxucu heyvan xəstəliklərindən qorumaq məqsədilə agentlik tərəfindən zəruri tədbirlər həyata keçirilib. Eyni zamanda, əhaliyə diqqətli olmaq, ölmüş və ya şübhəli quş cəsədləri gördükdə bu barədə agentliyin 1003-Çağrı Mərkəzinə məlumat vermələri ilə bağlı dəfələrlə müraciət olunub.

Vətəndaşlar bu sahədə aktivlik nümayiş etdirib və agentliyə müxtəlif regionlarda, o cümlədən Bakı şəhəri ərazisində çöl və vəhşi quşların (qarğa, göyərçin, sərçə və s.) ölümü ilə əlaqədar müraciətlər daxil olub. Müraciət daxil olduqdan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumların əməkdaşları həmin ərazilərə baxış keçiriblər. Quş cəsədlərindən götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilib və quşların ölümünün müxtəlif səbəblərdən (havaların kəskin soyuması, fizioloji ölüm, qarışıq infeksiyalar və s.) baş verdiyi müəyyən edilib.

Çöl və vəhşi quşların ölüm səbəbləri arasında qarışıq infeksiyaların olması, həmçinin hazırda dünyanın 48 ölkəsində quş qripi xəstəliyinin yayılmasını nəzərə alaraq, agentlik növbəti dəfə əhalini diqqətli olmağa, xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağa, şübhəli hallarla bağlı dərhal qurumun 1003-Çağrı Mərkəzinə zəng edib məlumat verməyə çağırır.

Bildirilir ki, köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin Azərbaycanda yayılma riskini artırıb. Vətəndaşlar tərəfindən aşağıdakı zəruri tələblərə əməl olunması vacibdir:

- ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların və yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;

- ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (Qida Təhlükəsizliyi Agentliyinin 1003-Çağrı Mərkəzi və regional bölmələri, rayon baytarlıq idarələri və s.);

- quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;

- quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;

- quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;

- qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;

- təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və sair.

Tarix
2021.03.02 / 18:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyandan Qarabağ separatçılarına xəbərdarlıq

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla