Yuxarı

Bərdədə polis əməliyyatı: saxlanılanlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayon sakini Y.Məmmədov DİN-in “102 - Zəng Mərkəzi”nə və RPŞ-yə müraciət edərək ona məxsus VAZ-21723 markalı avtomobilin rayon ərazisindən oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran şəxsin Bərdə rayon sakini Səməd Bayramov olduğu müəyyən edilib. S.Bayramov Mingəçevir şəhəri ərazisində avtomobillə birgə saxlanılaraq istintaqa təqdim edilib.

Bərdə RPŞ-nin keçirdiyi digər tədbirlərlə Mollaisalar kəndində yerləşən fərdi yaşayış evinin tövləsindən oğurluq edən şəxs də saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Elgiz Musayev olduğu müəyyən edilib və 1 baş iribuynuzlu heyvan oğurlamaqla həmkəndlisinə 1500 manat miqdarında ziyan vurduğu məlum olub.

Həyata keçirilən digər tədbirlərlə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Elçin Sadıqov saxlanılıb. Araşdırmalarla onun dələduzluq edərək vətəndaşlara 1 000 manatdan artıq ziyan vurduğu bəlli olub.

Bundan əlavə keçirilən tədbirlərlə daha bir dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs də saxlanılıb. Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə axtarışda olan Kəlbəcər rayon sakini Qoşqar Rəhimovun yeri müəyyən edilərək aidiyyatı üzrə təhvil verilib.

Həmçinin Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində fevral ayının 28-də itkin düşmüş şəxs tapılıb.

Belə ki, Bərdə rayon sakini Y.R tapılaraq yaxınlarına təhvil verilib.

Tarix
2021.03.03 / 13:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla