Yuxarı

İki ali məktəbin akkreditasiyası aparılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki ali məktəbin akkreditasiyası aparılır

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin akkreditasiya qiymətləndirilməsi aparılır.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, ölkədə yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, sözügedən ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi təqdim edilən “Özünütəhlil hesabatları” və ona əlavə olunan sənədlər əsasında məsafədən həyata keçirilir.

Adıçəkilən təhsil müəssisələri ilə onlayn formatda təşkil olunmuş akkreditasiya qiymətləndirilməsinin müsahibə mərhələsi başa çatıb. Müvafiq Akkreditasiya Komissiyaları tərəfindən qiymətləndirmə nəticəsi olan Yekun Hesabatlar hazırlanaraq akkreditasiyaya dair yekun qərarın verilməsi üçün Təhsil Nazirliyinin Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması planlaşdırılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən Akkreditasiya Şurası akkreditasiyanın nəticələrinə dair qərar qəbul etmək səlahiyyətinə malik olan orqandır.

Tarix
2021.03.03 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla