Yuxarı

Millət vəkili şəhid polkovnikin ailəsi ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili şəhid polkovnikin ailəsi ilə görüşdü - Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, polkovnik-leytenant Elzamin Kamal oğlu Təhməzovun həyat yoldaşı Günay Elzamin və qəhrəman şəhidimizin qızı Aysu Elzaminlə görüşüb.

Axar.az xəbər verir ki, rəşadətli zabitin bədii əsərlərə çevriləcək həyat və döyüş yolu ilə maraqlanan Komitə sədri ürək sözlərini bölüşüb:

“Azərbaycan Ordusunun polkovnik-leytenantı Elzamin Təhməzov Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid zabitimiz Azərbaycan Prezidentinin sərəncamlarına əsasən III dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Elzamin kimi peşəkar hərbçilərimizlə hər zaman qürur duyacağıq!”

Qəhrəman şəhidimiz Elzamin Təhməzovun həyat yoldaşı Günay Elzamin səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

Şəhid polkovnik-leytenantın ailəsinə Komitə adından təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.

Görüşdə millət vəkili Məşhur Məmmədov və RHİM İB sədri Arzu Bağırova iştirak edib, öz ürək sözlərini bölüşüblər.

Tarix
2021.03.04 / 11:12
Müəllif
Axar.az
Digər xəbərlər

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla