Yuxarı

DİN Qazaxdakı dava ilə bağlı məlumat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN Qazaxdakı dava ilə bağlı məlumat yaydı

Mart ayının 3-də Qazax Rayon Polis Şöbəsinə (RPŞ) Ağstafa rayon Qırlı kənd sakinləri - Tərxan Abbasov, Arif Novruzov və Qazax rayon sakinlər Rəhim Əhmədli və atası Yasin Əhmədovun dava-dalaş nəticəsində müxtəlif dərəcəli xəsarət almaları barədə məlumat daxil olub.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirilib.

Qeyd edilib ki, RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb, xəsarət alanlar və hadisə şahidlərinin izahatı alınıb.

İlkin araşdırmalar nəticəsində dava-dalaşa səbəb Qazax rayon Ağköynək kəndində fəaliyyət göstərən “Saloğlu" fərdi firmasında mühafizəçi işləyən Rəhim Əhmədlinin avtostansiyada müştəri toplamaq üçün dayanan mikroavtobus və və taksi sürücülərindən qanunsuz pul yığılması tələbi nəticəsində yaranan mübahisə olub.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir, sosial şəbəkə və bəzi xəbər saytlarında sürücülərin digər iddiaları aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Tarix
2021.03.04 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla