Yuxarı

Şəhid anasının 30 mini mənimsənilib? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid anasının 30 mini mənimsənilib? - Rəsmi

Daxili İşlər Nazirliyi Tovuz rayonunda şəhid anasının 30 min pulunu mənimsənilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, məsələ bağlı danışan DİN-in Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bu ilin fevralın 11-də Quba rayon sakini Nəsimi Fərzəliyevin Tovuz Rayon Polis Şöbəsinə müraciət edərək həmyerlisi, fiziki şəxs olaraq fəaliyyət göstərən Rəxşəndə Ağasıyeva üçün müxtəlif rayonlardan meyvələr alıb Rusiya Federasiyasına göndərdiyini bildirib.

“2020-ci il dekabr ayının sonlarında xurma meyvəsi almaq məqsədilə Tovuz rayonu Əyyublu kəndinə gələrək burda “Saşa” ləqəbli kənd sakini ilə tanış olub, daha sonra sonuncuya məxsus xurma meyvəsinə baxmaq üçün kənddə yerləşən Asif adlı şəxsin kənd təsərrüfatı malları üçün nəzərdə tutulmuş soyuducu anbarına gedib. N. Fərzəliyev orada Asif adlı şəxslə sövdələşərək pulun bir qismini, yəni 30 000 manatını verib.

Lakin sonradan ticarətləri baş tutmadığından pulun geri qaytarılması üçün RPŞ-yə müraciət edib. RPŞ-də vətəndaşın müraciəti əsasında araşdırmalar aparılıb, iddiaçı və qarşı tərəflərin izahatı alınıb”, - Eşqin Qasımov deyib.

DİN rəsmisi qeyd edib ki, daha sonra N. Fərzəliyev və R. Ağasıyevə RPŞ rəhbərliyi tərəfindən qəbul edilərək, onlara hüquqi izahatlar verilərək, müraciətlərinin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmələri bildirilib”.

Qeyd edək ki, Quba rayon sakini, şəhid anası Rəxşəndə Ağasıyeva ona məxsus 30 min pulun mənimsənilməsi ilə bağlı açıqlama vermişdi.

Tarix
2021.03.04 / 15:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla