Yuxarı

Paşayeva İlham Zəkiyevi təbrik etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qazilər - ikiqat Paralimpiya çempionu İlham Zəkiyev və Milli Paralimpiya Komitəsinin Boccia idman növü üzrə baş məşqçisi İlham Məhərrəmovla görüşüb.

Axar.az xəbər verir ki, Q.Paşayeva hər iki paralimpiyaçını cənab Prezidentin bugünlərdə imzaladığı sərəncamla təltif olunmaları münasibəti ilə təbrik edib. Onların fiziki qüsurlu gənclərdə həyat eşqinin oyanması və güclənməsindəki aparcı rolunu xatırladan millət vəkili hər iki idmançıya yeni uğurlar arzulayıb.

Paralimpiyaçıların əslində, mübarizə mədəniyyətini nümayiş etdirdiyini xatırladan Komitə sədri hər iki tanınmış idman xadiminin ictimaiyyət tərəfindən vətəncanlı insanlar, gənclərin yaxın dostu sayılan ziyalılar olaraq tanındığını minnətdarlıqla vurğulayıb.

Q.Paşayeva paralimpiyaçılara üzərində "Qarabağ Azərbaycandır!" yazılmış qol saatı və Qarabağ motivli digər xatirə hədiyyələri təqdim edib.

İ.Zəkiyev və İ.Məhərrəmov səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.

Görüşdə millət vəkili Ceyhun Məmmədov və RHİM İB sədri Arzu Bağırova iştirak edib.

Tarix
2021.03.04 / 22:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla