Yuxarı

AQTA ilə donor təşkilatları arasında görüş keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AQTA ilə donor təşkilatları arasında görüş keçirildi

Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatları arasında videokonfrans formatında Donor Əlaqələndirmə görüşü keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Axar.az-a verilən məlumata görə, görüşdə iştirak edən agentliyin sədr müavini Zəkiyyə Mustafayeva donor təşkilatları tərəfindən göstərilən dəstək və donor təşkilatları arasında həyata keçirilən sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edib, əməkdaşlığın bundan sonra da birgə işlərə müsbət təsir göstərəcəyini iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda agentliyin donor təşkilatlarının dəstəyi ilə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankı (WB), Avropa İttifaqı (EU), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Asiya İnkişaf Bankı (ADB), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi (TAMA), eləcə də Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirak etdiyi görüşdə hazırda həyata keçirilən layihələr üzrə hazırlanmış strategiya və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən edilmiş texniki dəstəyə ehtiyac duyulan sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tarix
2021.03.05 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının axtardığı Kayanı Cübbəli ifşa etmişdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla