Yuxarı

Qubadlıda DSX-nin bu mərkəzi fəaliyyətə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubadlıda DSX-nin bu mərkəzi fəaliyyətə başladı

Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə Axar.az-a qurumun Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadiqov açılış mərasimində çıxış edib. Azərbaycan sərhədçilərinin həyat və sağlamlıqlarını qorumaq, şəxsi heyətin xidməti ərazidə təhlükəsiz hərəkətlərinə şərait yaratmaq üçün təyinatlı olan yeni sərhəd mühafizə orqanlarının fəaliyyətə başlaması mü­nasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbir çərçivəsində Mühəndis-İstehkam Mərkəzinin inzibati binası və təchizat anbarı, mina və partlamamış hərbi sursatların aşkar edilməsi üzrə mövcud texniki vasitələr, xüsusi geyimlər tədbir iştirakçılarına nümayiş et­dirilib. Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minala­dığı ərazilərdən sərhədçi-istehkamçıların hal-hazıradək 340 ədəd tank əley­hinə və 825 ədəd piyada əleyhinə mina, çoxsaylı partlamamış sursatlar aşkarlayaraq zərərsizləşdirmələri, xidməti ərazidə bu fəaliyyətin gündəlik olaraq davam etdirilməsi qeyd olunmuşdur. Bu Mərkəzin hərbi qulluqçuları tərəfindən sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin hərəkəti üçün yolların salınması istiqamətində görülən işlər xüsusi vurğulanıb.

Yeni istifadəyə verilən dördmərtəbəli, 70 çarpayı fonduna malik Hərbi Xəstəxanada hərbi qulluqçulara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi üçün yaradılmış şəraitə baxış keçirilib.

Hərbi xəstəxananın tibbi ambulans avtomobillərinə də baxış keçirilib, səhra şəraitində yaralılara ilkin tibbi yardım göstərilməsi və onların təxliyə edilməsi üçün yaradılmış imkanlar nəzərdən keçirilib.

Tarix
2021.03.06 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla