Yuxarı

İH-dəki əməliyyatın təfərrüatı: Daha kimlər həbs oluna bilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İH-dəki əməliyyatın təfərrüatı:

Xəzər Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatlarla bağlı təfərrüatlar məlum olub.

Axar.az Hit.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı həbs edilən Tural Zeynalov qısa müddət ərzində topdağıtmaz varidata sahib olmaqla diqqətə gəlib.

Martın 3-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Xəzər Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Qurumun təsərrüfat şöbəsinin müdiri Tural Əli oğlu Zeynalov rüvşət alarkən həbs edilib.

Yeni məlumatlarda deyilir ki, Tural Zeynalov Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edildikdən sonra böyük varidat sahibinə çevrilib. O, qısa müddətdə “Audi-6”, “Niva” “Ford” markalı maşınlar alıb, hər bir maşına sonluğu 888-lə bitən nömrə nişanı da bağlatdırıb. Tural Zeynalovun rayon ərazisində ayrı-ayrı şəxslərin adına rəsmiləşən torpaq sahələrinə də sahibləndiyi bildirilir.

İddialara görə, əməliyyatın Xəzər rayonunda, xüsusilə dəniz sahili ərazilərdə torpaqların saxta sənədlər əsasında ələ keçirilməsində iştirak edən bütün vəzifəli şəxslərin həbsinə qədər uzanacağı bildirilir.

Tural Zeynalov rayondakı torpaq mafiyasının xırda üzvlərindən biridir. Vəzifəsinə görə o, qanunsuz yollarla, sənədlərin saxtalaşdırılması vasitəsi ilə ələ keçirilən torpaqlara, xüsusən “Türkan bulvarı” ərazisinə dair Xəzər İcra Hakimiyyətindən verilən plan-sxemlərə imza atıb. Buna görə alınan külli miqdarda rüşvətdən ona da pay çatıb.

Tarix
2021.03.06 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla