Yuxarı

Millət vəkili şəhid kapitanın anası ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili şəhid kapitanın anası ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Nurlan Mustafayevin anası Rahilə Mustafa qızı Ramazanova ilə görüşüb.

Axar.az xəbər verir ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırovanın da iştirak etdiyi görüşdə millət vəkili şəhid anasının qayğıları ilə maraqlanıb, üzərk sözlərini bölüşüb.

Vurğulanıb ki, Nurlan Mustafayev Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub, Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Prezidentinin sərəncamlarına əsasən Nurlan Mustafayev “Azərbaycan Bayrağı” ordeni, eləcə də “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

“Nurlan Mustafayev kimi peşəkar zabitlərimizlə hər zaman qürur duyacağıq!

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirk!” – millət vəkili deyib.

Şəhid kapitanın anasına Komitə adından məktub və Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

Tarix
2021.03.07 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla