Yuxarı

Əsgərlərimizin çəkdiyi görüntü panika yaratdı – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsgərlərimizin çəkdiyi görüntü panika yaratdı – Video

Azərbaycan əsgərlərinin çəkdiyi video Ermənistanda qalmaqal yaradıb.

Axar.az xəbər verir ki, Azərbaycan əsgərlərinin maşınla Qafan şəhərinə getməsi və ətrafdakı hər şeyi videoya alması sosial şəbəkələrdə növbəti dəfə panika yaradıb. İddia ediblər ki, Azərbaycan bu ərazilərə “əl qoymaq” istəyir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti artıq videoya münasibət bildirib və görüntülərin Azərbaycan əsgərləri tərəfindən çəkildiyini təsdiqləyib.

"Bu videoçəkiliş Sünik və Çakaten kəndləri arasındakı yolda hələ bir ay əvvəl Rusiya sülhməramlılarının müşayiəti ilə sərhədçilərin üçtərəfli işçi qrupunun görüşündə iştirak etmək üçün əvvəlcədən razılaşdırılmış marşrutla hərəkət edən Azərbaycan hərbçiləri tərəfindən aparılıb", - məlumatda bildirilir.

Həmçinin qeyd olunub ki, Ermənistan və Azərbaycan sərhədçiləri dislokasiya yerlərində rusiyalı həmkarları ilə əməkdaşlıqları çərçivəsində Gorus-Kafan yolunun Şurnux-David-bek (Zeyvə) ərazisində sərhəd işlərinin həyata keçirilməsi ilə məşğuldurlar.

Ermənistan MTX şayiələrə inanmamağa çağırıb və naharatlıq üçün heç bir əsas olmadığını qeyd edib.

Tarix
2021.03.07 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla