Yuxarı

İranda Novruz tətilinə qadağa qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda Novruz tətilinə qadağa qoyuldu

İran Prezidenti Həsən Ruhani 21 martda başlayan Novruz tətilində çox sayda koronavirus xəstəsi olan şəhərlərə səyahət etməyi qadağan edib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Ruhaninin sədrliyi ilə paytaxt Tehranda keçən Koronavirusla Mübarizə üzrə Milli Komitənin iclasındakı müzakirələrdən sonra belə bir qərar verilib. İranın Səhiyyə Nazirliyi ölkə ərazisini şərti olaraq 4 yerə bölüb. Koronavirus baxımından yüksək risk göstəricisinə malik olan bölgələr qırmızı, orta risk bölgələri narıncı, aşağı risk bölgələri isə sarı rəngə boyanıb. Mavi rəng isə koronavirus infeksiyalarının ən az olduğu bölgələrə aid edilib. Bu təsnifata görə, İran Səhiyyə Nazirliyi ölkə ərazisinin 11 bölgəsini qırmızı, 32 bölgəsini narıncı, 251 bölgəsini sarı və 154 bölgəsini isə mavi olaraq qeydə alıb.

İranın cənub-qərbində yerləşən Xuzistan ostanı ölkənin koronovirusdan ən çox əziyyət çəkən bölgəsidir.

Novruz bayramı 2009-cu ildə rəsmi olaraq YUNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Tarix
2021.03.07 / 21:56
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyev və Alyona Əliyeva Zəfər Parkında - Foto

Ərdoğandan xəbərdarlıq: Qardaşlığı zəiflətmək istəyənlər...

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz

Əliyevdən Ərdoğana: Dəstəyiniz ruhumuzu artırıb

Zəfər günündə bizimlə bərabər olmağınız bizi sevindirir - Əliyev

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Canlı

Mehriban Əliyeva və Əminə Ərdoğan əl-ələ... - Video

İlham Əliyev Ərdoğanı Şuşaya özü apardı - Foto

Prezident Ərdoğanın səfəri ilə bağlı görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla