Yuxarı

Xəzərin səviyyəsinin qalxmasının sirri – Tam məxfi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərin səviyyəsinin qalxmasının sirri – Tam məxfi

"Xəzər dənizinin səviyyəsi 2030-cu ildə 1-2 metrə qədər qalxacaq".

Bu sözləri Axar.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan alimləri Xəzərin dəqiq tarixini öyrənmirlər:

"Buna əsas şəraiti Sakit okeanda gedən El-Nino cərəyanı yaradacaq. O bizdən asılı deyil. İnsanlar tərəfindən idarə olunan silahlar var. Bu silahlara sahib olanlar dünyanın bu və ya digər nöqtəsində istədikləri hər bir hadisəni törətmək qabiliyyətinə malikdirlər. Bununla da həmin insanlar öz siyasətlərini diktə edirlər. Karbon qazı heç vaxt atmosferi istilik səviyyəsinə gətirib çıxarmayıb. Karbon qazı minimuma ensə, Yer kürəsi mənfi 18-20 dərəcə şaxtada buzla örtüləcək. Karbon tarazlığı saxlayır. Təxminən 45-50-ci illərdə Xəzər dənizinin səviyyəsi hardasa dəniz səviyyəsindən 29 metr aşağıda idi. O zaman həmin ərazilərdə balıq istehsalı ilə məşğul olan zavodlar və digər şeylər tikirdilər. Onların hamısı 80-ci, 90-cı illərdə Xəzər dənizinin səviyyəsi qalxan zaman suyun altında qaldı. Quraqlığın baş verməsi, dənizin çəkilməsi o demək deyil ki, həmin azad olan ərazilərdə zavod və ya başqa şey tikək. Bunların "siyasətini", tarixini bilmək lazımdır. Biz onların heç birini öyrənməmişik. BMT-dən nə deyirlərsə, bizim alimlər də onu təkrar edirlər".

Qeyd edək ki, alimlərin fikrincə, əsrin sonunadək dünyada dəniz səviyyəsi bir metrə qədər qalxacaq. Dəniz səviyyəsinin qalxması 2100-cü ildə sona çatmayacaq. İstixana qazlarının planetdə enerji balansını pozmasına görə bu problem həmişə olacaq".

Tarix
2015.06.05 / 21:57
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla