Yuxarı

Uşaq pulu üçün bu qədər əlavə vəsait lazımdır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaq pulu üçün bu qədər əlavə vəsait lazımdır - Video

09:07

Uşaq pulu məsələsi aktual, sosial yükü olan, eyni zamanda vətəndaşlarımızın gözlədiyi bir məsələdir. Hazırda bu mövzu ilə bağlı bir çox populist çıxışların şahidi oluruq. Hansı ki, bu şəxslər 200, 300, 500 manat uşaq pulu verilməsini istəyirlər. Bu, obyektiv yanaşma deyil. Dövlətin bu məbləği qarşılaya bilib-bilməyəcəyi məsələsi var.

Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli dövlətin mövcud vəziyyəti nəzərə alaraq vətəndaşlara uşaq pulu verməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, uşaq pulunun verilməsi ilə bağlı prinsiplər müəyyənləşməlidir:

“İstənilən halda obyektiv olmalı, ölkənin mövcud reallığını nəzərə almalıyıq. Ölkədə orta hesabla 2 milyon 700 minə yaxın 0-18 yaş arası uşaq var. Bunların hamısına eyni anda ödənişin olunması büdcəyə ciddi yük gətirə bilər.

Uşaq pulu ilə bağlı müxtəlif təkliflər də var. Misal üçün 250 manat məbləğində, yəni minimum əmək haqqı səviyyəsində ödəniş təklifi də səsləndirirlər. Bu, dövlət büdcəsinə əlavə 8 milyarddan çox yük deməkdir. Azərbaycan büdcəsi bu yükü qaldıra bilməz. Düşünürəm ki, ilk olaraq uşaq pulunun verilməsi prinsipləri müəyyənləşməlidir.

Təklif edərdim ki, uşaq pulu hər kəsə deyil, ehtiyacı olan ailələrə ödənilsin. Yəni bir ailədə ata da, ana da işləyirsə, belə bir ailəyə uşaq pulu verməyin heç bir mənası yoxdur. Çoxuşaqlı, sosial təminatı zəif olan ailələrə uşaq pulunun verilməsi daha məqbuldur.

İlkin mərhələdə dövlət büdcəsinin çox yüklənməməsi üçün yaş həddi təyin edilə bilər. Misal üçün 1-5 yaş aralığında uşaqlar üçün normal formada heç olmasa, minimum yaşayış məbləğində uşaq pulunun ödənilməsi yaxşı olardı. Hazırda Azərbaycan üçün minimum yaşayış məbləği 196 manatdır. Qeyd etdiyim 1-5 yaş aralığında uşaqların ümumi sayı ölkədə 600-700 mindir. Dövlət büdcəsi bu yükü qaldıra bilər. Növbəti illərdə büdcənin daha da artması həmin yaş aralığının da artmasına gətirib çıxara bilər. Misal üçün, tədricən 10 yaşa qədər artırıla bilər”.

Tarix
2021.03.12 / 12:21
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla