Yuxarı

Baş direktor müavini dünyasını dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş direktor müavini dünyasını dəyişdi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məmuru dünyasını dəyişib.

Report xəbər verir ki, nazirliyin "Azərpoçt" MMC-nin baş direktor müavini Həsənəli Qədimov vəfat edib.

Mərhum 2006-cı ildən "Azərpoçt"un baş direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışırdı.
Qədimov Həsənəli Hüseynəli oğlu 1942-ci il fevralın 25-də Ağstafa rayonunun Poylu kəndində anadan olub.
Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə olaraq başlayıb.

1965-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı ixtisası üzrə mexanika fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1973-ci ildə həmin institutu bitirərək Poylu sovxozunda baş mühəndis-mexanik, sovxoz direktoru işləyib.

1990-1991-ci illərdə Ağstafa rayon XDS icra komitəsinin sədri, 1992-1995-ci illərdə Poylu sovxozunun direktoru, 1995-2000-ci illərdə isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

2004-cü ildən "Azərpoçt" MMC-də Nəqliyyat şöbəsinin rəisi, 2006-cı baş direktor müavini vəzifəsində çalışıb.

Tarix
2015.06.06 / 10:31
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla