Yuxarı

Bakının ən böyük prospekti bağlanır: Xəbərdarlıq!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının ən böyük prospekti bağlanır: Xəbərdarlıq!

Bu gün günorta saatlarından başlayaraq 10 saat ərzində Heydər Əliyev prospektinin əsas hissəsinə giriş-çıxış qadağan ediləcək.

Axar.az xəbər verir ki, Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiri ilə əlaqədar bu gün Heydər Əliyev prospekti 10 saat bağlı olacaq. Bununla bağlı bir neçə gün öncə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də məlumat yaymışdı.

Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi 6 iyun tarixində saat 16:00-dan növbəti gün gecə saat 2:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Eyni zamanda, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Tarix
2015.06.06 / 11:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla