Yuxarı

Qətlə yetirilən bələdiyyə sədrinin ərindən xəbər - Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətlə yetirilən bələdiyyə sədrinin ərindən xəbər - Özəl

Abşeronun Saray bələdiyyəsi sədri Vəsilə Əbilhəsənovanın özüylə birlikdə öldürülən həyat yoldaşı Vəfadar Əbilhəsənov "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Bu məlumatı Axar.az-a QSC-nin mətbuat xidmətindən təsdiqlədilər. Bildirildi ki, dəhşətli qətlin səbəbi bələdiyyə sədri ilə bağlı olub və hazırda hüquq-mühafizə orqanları təfərrüatı araşdırır.

Hadisə gecə saatlarında ailənin yaşadığı Saray qəsəbəsindəki evində baş verib. Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1980-cı il təvəllüdlü Hüseynov Fədai Güloğlan oğlu tutulub. O, ifadəsi zamanı cinayəti törətdiyini etiraf edib. Qatil onların evini də yandırıb.

Artıq Fövqəladə Hallar Nazirliyi də baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 350 kv.m olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 1 otaq və əşyaları 20 kv.m sahədə qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, V.Əbilhəsənova iyunun 8-də doğulub və bu gün 39 yaşını qeyd edəcəkdi.

Tarix
2015.06.08 / 12:20
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla