Yuxarı

İstehsalatda fəhlə ölümü azalıb - Statistika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstehsalatda fəhlə ölümü azalıb - Statistika

İstehsalatda baş verən bədbəxt hadisələrin sayı azalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlərin əməyin mühafizəsinin təmin olunmasına diqqətin artırılması məqsədilə həyata keçirdiyi tədbirlər ölkədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının bu ilin may ayında da ciddi şəkildə azalmasına səbəb olub.

Ötən ay istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin may ayı ilə müqayisədə 2,2 dəfə azalaraq 11-ə enib. Həmçinin, bu hadisələr zamanı xəsarət alanların sayında 3,4 dəfə azalma qeydə alınıb. Baş vermiş istehsalatla əlaqəli bədbəxt hadisələrlə bağlı olaraq, DƏMX tərəfindən müvafiq qaydada təhqiqat işləri aparılaraq, qanunauyğun tədbirlər görülüb.

Bu ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 44 faiz, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 47,2 faiz, xəsarət alanların sayı isə 2,1 dəfə azalıb. 2014-cü ilin 5 ayında qrup halında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 15 olduğu halda, bu ilin yanvar-may aylarında belə hadisə özünü göstərməyib.

Tarix
2015.06.08 / 18:28
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla