Yuxarı

Milli səhər yeməyi kompleksi - Təqdimat/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İçərişəhərdə yerləşən milli restoranların birində Azərbaycanda fəaliyyət göstərən 4 və 5 ulduzlu mehmanxanaların baş menecerləri üçün "Azerbaijan breakfast" (AB) milli səhər yeməyi kompleksi və onun mehmanxana və mehmanxana tipli obyektlər və turistlərə xidmət göstərən iaşə obyektlərində tətbiqinə dair layihənin təqdimatı keçirilib.

Axar.az xəbər verir ki, mərasimdə Azərbaycanın səhər yeməyi ənənələri, "Azerbaijan breakfast" səhər yeməyi kompleksinə daxil edilmiş milli kulinariya məhsulları təqdim olunub, xalqımızın mətbəx ənənələrinin xüsusiyyətləri, həmçinin layihənin məqsədləri və tətbiqi qaydaları haqqında geniş məlumat verilib və layihənin həyata keçirilməsi istiqamətində iştirakçılarla gələcəkdə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Layihə Azərbaycanın milli mətbəxinin, xüsusilə səhər yeməyi ənənələrinin beynəlxalq və milli səviyyədə kulinariya, iaşə və turizm xidməti seqmentində Azərbaycan Respublikasının mülkiyyəti və qeyri-maddi irs nümunəsi kimi təqdim və təbliğ edilməsi, gələcəkdə onun tətbiqi prosesinə nəzarətin təmin edilməsi və təhriflərə və mənimsəmələrə yol verilməməsi məqsədilə hazırlanıb, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qaydada qeydiyyatdan keçirilib və layihə üzərində Mədəniyyət və Turizm Nazirliyinin müstəsna hüquqları tanınıb. Bununla yanaşı layihənin tətbiqinə ümumi nəzarət edilməsi və onun yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Nazirlik tərəfindən layihənin tətbiqinə dair müvafiq qaydalar tərtib edilib.

Tarix
2015.06.08 / 19:55
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla