Yuxarı

Pedaqoji Universitet şəhərdən köçürüləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pedaqoji Universitet şəhərdən köçürüləcək

"Xocasən qəsəbəsinin ərazisində Pedaqoji Universitetin yeni kampusunun tikilməsi üçün hazırlıq işləri artıq başlanıb".

Musavat.com xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, prezident İlham Əliyevin tapşırığı ilə Xocasən qəsəbəsinin ərazisində yeni kampusun tikintisinə bir il bundan əvvəl başlanılıb:

"Artıq ərazinin master planı hazırdır. O master plana əsasən memarlar müxtəlif eskizlər təqdim edəcəklər. Pedaqoji Universitet bizim üçün çox mühüm rol oynayır. Həm təhsil ocağıdır, həm də gələcəyin müəllimləri bu universitetdə yetişir. Ona görə məhz bu universitetdən başladıq".

Nazir yeni təhsil strategiyası haqda da danışıb və orada yay düşərgələrinin təşkili məsələsinin nəzərdə tutulduğunu da deyib. O, qeyd edib ki, nazirliyin tabeliyində yay düşərgələri yoxdur:

"Ona görə də aidiyyəti qurumlarla əməkdaşlıq yolları aparılır ki, şagirdlərin asudə vaxtını, o cümlədən yay tətillərini keçirməsi məsələsinə baxaq. Ölkədə prezidentin təşəbbüsü ilə bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Məsələn, Təhsil Nazirliyinin dəstəklədiyi, bizim də iştirak etdiyimiz "Azərbaycanımızı tanıyaq" kimi layihə çərçivəsində bir bölgədə oxuyan şagirdlər ölkənin digər bölgələrinə gedirlər".

Tarix
2015.06.09 / 11:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla