Anadangəlmə sol gözü olmayan və bu kimi bir çox
problemlə dünyaya gələn 1 yaşlı körpə ilə bağlı Axar.az saytında
məlumat gedəndən sonra körpənin müalicəsi üçün valideynlərinə maddi
yardım edənlərin sayı artıb.
Bu barədə məlumat verən anemiyadan əziyyət çəkən və tezliklə
əməliyyat olunması vacib olan 1 yaşlı Vahid Məmmədlinin atası Elşən
özü məlumat verib.
Atanın sözlərinə görə, övladı ilə bağlı saytlarda məlumat
yerləşdiriləndən sonra onunla əlaqə saxlayaraq köməklik göstərənlər
olub. Bu məqsədlə ata artıq bankda oğlu üçün hesabı da açdırıb.
Körpənin əməliyyatı üçün köməklik etmək istəyənlər aşağıdakı bank
hesabına pul yatıra bilərlər:
AZ921Baz333801019445242001333
Balaca Vahid İstanbulda gözündən, burnundan və qulağından
əməliyat olunmalıdır. Bütün bu əməliyyatlar üçün isə 15.000 manat
pul lazımdır.
Qeyd edək ki, Vahid Məmmədlinin anadangəlmə sol gözü yoxdur.
Körpənin sağ qulağının yuxarı seyvanı bağlıdır. Sinəsində dərin
çöküntü var. Qüsurlu gözünün yaş kanalından çirk gəlir. Bu da
əməliyyat olunmadığı təqdirdə beyində bir sıra fəsadlara yol aça
bilər. Vahid Ucar rayon mərkəzi xəstəxanasında dünyaya göz açıb.
Rayon mərkəzi xəstəxanasının həkimləri uşaq dünyaya gəlməmişdən
əvvəl hər şeyin yaxşı olduğunu, uşağın ana bətnində normal inkişaf
etdiyini bildiriblər.
Ana övladına hamiləlik müddətində ananın qanında mikrob
tapıldığına görə hamiləlik dövrünün 3 ayına qədər Mingəçevir
xəstəxanasında müalicə olunub. Sonradan həkim yolun uzaqlığını
nəzərə alaraq ananın müalicəsini Ucar rayon mərkəzi xəstəxanasında
davam etdirilməsini məsləhət görüb. Xəstəxananın ginekoloqu isə
Mingəçevirdəki müalicənin səhv olduğunu bildirərək, xəstəni öz
yöntəmləri ilə müalicə etməyə başlayıb. Körpənin anası hamiləlik
dövrünün 8 ayına qədər heç bir üzi müayinəsinə getməyə icazə
verilməyib, ona bir neçə kurs güclü antibiotik müalicəsi
aparılıb.
Körpə tezliklə əməliyyat olunmasa, göz olmayan dəlikdəki çirk
beyninə vuraraq onun ölmünə səbəb ola bilər.
Xatırladaq ki, kömək etmək istəyənlər Məmmədov Elşənlə əlaqə də
saxlaya bilərlər (055) 589 06 08.