Yuxarı

Əksər rayonlarda 6 saat qaz olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əksər rayonlarda 6 saat qaz olmayacaq

Bu gün bir çox rayonlarda təbii qaz təchizatında müəyyən məhdudiyyətlər olacaq.

SOCAR-dan Axar.az-a verilən məlumata görə, iyunun 10-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin "İsmayıllı", "Talıstan, "İvanovka" və "Kürdmaşı", Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Ağdaş", Ağdam Magistral qaz kəmərləri sahəsinin "Kətəlparaq" və "Azadqaraqoyunlu", Siyəzən Magistral qaz kəmərləri sahəsinin "Xızı" Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bərdə rayonunun Uğurlu, Şirvanlı, Hüseynbəyli, Muğanlı, Kələntərli, Qasımbəyli, Körpüqıran və Darğalar, Tərtər rayonunun Qaynaq, Qazyan və Qapcılı, Ağdaş rayonunun Qarabağlı, Lək, Pirəli, Gücü, Nehrəxəlil, Güvə, Qolqətir, Zeynəddin, Məşədi və Gürcuva kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ağdam, Ağdaş, İsmayıllı və Xızı rayon mərkəzlərinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Tarix
2015.06.10 / 12:40
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla