Yuxarı

FHN ikimərtəbəli binanı sökdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN ikimərtəbəli binanı sökdü - Foto

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda Binəqədi rayonunda tikilməkdə olan binada uçqun baş verməsi barədə yayılan gətirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, Bakının Binəqədi rayonunda heç bir uçqun hadisəsi baş verməyib: "Bu bina fərdi yaşayış evlərinin tikilməsi üçün ayrılan torpaq sahəsində inşa edilməyib. Araşdırmalar zamanı müəyyən edilib ki, fiziki şəxs – Abdullayeva Aynur Zaman qızı tərəfindən fərdi yaşayış evləri üçün ayrılmış torpaq sahəsi olmayan ərazidə fərdi yaşayış evinin inşası həyata keçirilib. Nazirliyin nəzarəti altında Bakı şəhər İcra Hakimiyyəti Aynur Abdullayevaya məxsus iki mərtəbəli yarımçıq tikilini söküb".

Qeyd edək ki, bu gün bəzi xəbər saytları Azadlıq prospektində tikilməkdə olan yaşayış binasının uçması barədə məlumat yayıb.

FHN-nin mətbuat xidməti bir daha KİV-i qeyri-dəqiq məlumatlar yaymamağa, dəqiqliyə və obyektivliyə əməl etməyə, yaranmış suallarla bağlı mətbuat xidmətinə müraciət etməyə çağırır.

Tarix
2015.06.10 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla