Yuxarı

Yenidən qurulan "Şərq bazarı"nda son durum - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yenidən qurulan "Şərq bazarı"nda son durum - Foto

Artıq bir müddətdir ki, Nərimanov rayonunda yerləşən, restavrasiya və yenidənqurma işləri aparılan "Şərq bazarı"nda metal günbəzlərin quraşdırılaması işləri bitmək üzrədir.

Axar.az xəbər verir ki, işlər layihəyə uyğun olaraq davam etdirilir. Ardıcıl olaraq mövcud inşaat konstruksiyalarının gücləndirilməsi, yeni inşaat konstruksiyalarının və metal konstruksiyaların quraşdırlması davam etdirilir. Bu işlər yekunlaşdıqdan sonra ərazidə landşaft və daxili bəzək tamamlanma işləri davam etdiriləcək.

Yenidənqurma işlərindən sonra "Şərq bazarı"nda millilik və müasirlik sintezini görmək mümkün olacaq. Kompleksdə bazar, iaşə obyektləri, istirahət ocaqları və hamamın fəaliyyət göstərəcəyi gözlənilir.

Qeyd edək ki, 16 günbəzdən və digər tikililərdən ibarət olan "Şərq bazarı"nın ümumi sahəsi 9 min kvadratmetrə malikdir. Bina 1982-ci ildə tikilib və 2001-ci ildən etibarən Dövlət tərəfindən qorunan Tarix, Memarlıq və Mədəniyyət Abidələri Siyahısına daxil edilib.

Bu cür üslubda olan "Şərq bazarı" Misir, İran və Türkiyə kimi ölkələrdə də var.

Tarix
2021.04.03 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

Məscidlərimiz Ermənistan tərəfindən təhqir olundu - Prezident

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

Ərdoğan Azərbaycana yola düşdü

Düşmənin beli döyüş meydanında qırıldı - Prezident

Tokayev İlham Əliyevi təbrik etdi

AKP Azərbaycanı təbrik etdi

Azərbaycanın yanında olmaqdan qürur duyuruq - Şərif

Prezident xalqımızın torpaq həsrətinə son qoydu

Dövlət rəsmiləri Zəfər parkında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla