Yuxarı

Avropa Oyunlarına görə POS-terminallar artırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Avropa Oyunları ilə əlaqədar ölkədə quraşdırılmış POS-terminalların sayı artırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, ölkədə nağdsız ödənişlərin tam şəkildə və vaxt itirmədən, o cümlədən maneəsiz olaraq reallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib.

Bununla paralel olaraq I Avropa Oyunları ərəfəsində ölkəmizə çoxlu sayda turistin gələcəyi gözlənildiyi üçün onların artan tələbatını qarşılamaq məqsədi ilə növbəti addımlar atılıb. Vergilər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, respublikamızda ilk dəfə keçiriləcək I Avropa Oyunları ərəfəsində nağdsız ödənişlərin həyata keçirilməsinin təmin edilməsi üçün POS-terminalların quraşdırılması və onlardan istifadə qaydalarına əməl olunması ilə bağlı tədbirləri davam etdirir.

Belə ki, Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də I Avropa Oyunları keçiriləcək 18 arena və onların ətrafinda yerləşən təsərrüfat subyektlərində yerləşən müxtəlif ticarət, əyləncə, ictimai-iaşə və s. obyektlərində POS-terminalların quraşdırılması başa çatdırılıb.

Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir üzrə isə 1929 ədəd POS-terminalın quraşdırılması təmin edilib, I Avropa Oyunları keçiriləcək arenalar və onların ətrafında yerləşən obyektlərdə POS-terminallardan istifadə olunma qaydalarına əməl olunmasının nəzarətdə saxlanılması üçün həmin ərazilərə vergi orqanlarının əməkdaşları təhkim edilib.

Bütövlükdə ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb ki, onların da 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə digər şəhər və rayonların payına düşür.

Tarix
2015.06.11 / 15:09
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla