Yuxarı

Qadın qohumu tərəfindən öldürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadın qohumu tərəfindən öldürüldü

Şəmkirdə qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, aprelin 5-də rayonun İrmaşlı kənd sakini Aybəniz Alıyevanın döş qəfəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla bu cinayət əməlinin mərhumun qohumu R.Tağıyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib. Ondan A.Alıyevadan götürdüyü 10 000 rubl, 210 manat pul və qızıl-zinət əşyalarını sataraq əldə etdiyi 300 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Tarix
2021.04.06 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla