Yuxarı

Ermənistan “Azərbaycan casusu”nu yaxaladığını açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan “Azərbaycan casusu”nu yaxaladığını açıqladı

12:18

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq Departamentində dövlətə xəyanət faktı ilə bağlı cinayət işi çərçivəsində ilkin istintaq bitib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İnformasiya Mərkəzi yayıb. Məlumata görə, istintaq zamanı Türkiyəni dəfələrlə ziyarət etmiş Ermənistan vətəndaşının məhz orada Azərbaycan xüsusi xidmət orqanları tərəfindən təsir altına salındığı iddia edilib.

Təsir altına düşən şəxs müəyyən mükafat qarşılığında Azərbaycana vacib məlumatlar ötürməyə razılıq verib. Onun Azərbaycan xüsusi xidmət orqanlarına mütəmadi olaraq Ermənistan ordusunun dövlət və hərbi sirr təşkil edən məlumatları ötürdüyü bildirilib. Bunun qarşılığında isə o, 1500 dollar mükafat alıb.

Saxlanılan şəxslə bərabər Ermənistan Milli Təhlükəsizlik Xidməti onun həyat yoldaşını da məsuliyyətə cəlb edib. Ermənistan kəşfiyyatının iddiasına görə, qadın guya öz həyat yoldaşına fəaliyyətində yardım edib.

Qeyd edək ki, adı açıqlanmayan şəxs bir müddət öncə saxlanılmışdı. Ümumiyyətlə isə 44 günlük müharibədən sonra Ermənistan casus ovuna çıxıb. Hətta UNİSEF-in İrəvan ofisinin rəhbəri Marian Klark-Xattinqin də Azərbaycana casusluq etdiyi iddia edilmişdi.

Tarix
2021.04.06 / 16:01
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla