Yuxarı

Komitə sədri İB fəalları ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə sədri İB fəalları ilə görüşdü - Foto

Bu gün Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə xanım Paşayeva “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr əvəzi Qalib Əliyev və Birliyin icraçı direktoru Zamin Zeynal ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili birliyin fəaliyəti yüksək qiymətləndirdiyini deyib və onlara uğurlar arzulayıb.

Birlik üzvləri Qənirə Paşayevanın 44 günlük Vətən müharibəsi dövründə, torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə iştirak edən və xalqımıza qələbə zəfəri bəxş etmiş şəhidlərin ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını vurğulayıblar. Bu fəaliyyətdən dolayı Birliyin sədri Qurban Məmmədovun adından millət vəkilinə Fəxri diplom və xarı bülübün simvolu olan ilə Azərbaycan xəritəsini təqdim ediblər.

Görüş zamanı birliyin fəalları Komitə sədri ilə milli, mədəni, vətənpərvər ruhunda qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər, vətənpərvər təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətindən danışıblar.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Birliyinin fəallarına hədiyyələr təqdim edib.

Tarix
2021.04.06 / 21:52
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla