Yuxarı

Özbəklər Qarabağı görmədən rəsmini çəkdi... – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ötən ilin fevral ayında elan olunmuş “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı Azərbaycan-Özbəkistan birgə rəsm müsabiqəsinin yekun mərasimi keçirilib.

Axar.az xəbər verir ki, onlayn formatda keçirilən tədbirdə Azərbaycan və Özbəkistanın Mədəniyyət nazirliklərinin rəsmi təmsilçiləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının rəhbərliyi, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi, rəssamlar və mədəniyyət sahəsində fəallar iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva iki ölkə arasındakı tarixi dostluqdan, özbək ziyalılarının Vətən müharibəsi günlərində, ümumən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün verdiyi mənəvi dəstəkdən, onların dünya birliyinə müraciət edərək Azərbaycana həmrəylik nümayiş etdirmələrindən danışıb, Özbəkistan dövlətinin və xalqının qardaşlığını yüksək qiymətləndirib.

Q.Paşayeva Ermənistanın 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxladığını, şəhər və kəndlərimizi, milli mədəni irsimizi tamamilə dağıtdığını, məhv etdiyini xüsusi vurğulayıb. O, Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi bu layihəni yüksək qiymətləndirib, onun yalnız rəsm müsabiqəsindən ibarət olmadığını, qardaş xalqlar arasında möhkəm dostluq körpüsünü daha da möhkəmləndirdiyini bildirib.

Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı elan olunmasını xatırladan Q.Paşayeva bu müqəddəs şəhərin eyni zamanda türk dünyasının, islam dünyasının mədəniyyət paytaxtı olduğunu qeyd edərək, Qarabağda Azərbaycan mədəniyyət abidələrinə qarşı erməni vandallığını, eyni zamanda ümumtürk, ümumislam və bəşər mədəniyyətinə qarşı vandallıq aktı kimi xarakterizə edib.

Komitə sədri Qarabağı görmədən gözəl rəsm əsərləri ilə çıxış edən özbək rəssamlarını Azərbaycana dəvət edib, onları uyğun zamanda Qarabağda, Mədəniyyət Paytaxtımız Şuşada görməkdən şad olacağımızı söyləyərək, “bu dəfə, işğaldan azad olunmuş torpaqlarımızı görər və çəkərsiz, yeni əsərlərin əsasında daha bir müsabiqə keçirərik” - deyib.

Tarix
2021.04.06 / 23:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla