Yuxarı

Bakıda gənc oğlan bu əməlinə görə saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda gənc oğlan bu əməlinə görə saxlanıldı - Video

Bakıda sərnişin avtomobilin qabaq yan şüşəsindən çıxaraq video-çəkiliş edib.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir görüntünü paytaxtın Nobel prospektində sürücülərdən biri çəkərək sosial şəbəkələrdə paylaşıb.

'90-SC-014' dövlət nömrə nişanlı avtomobildə olan sərnişin heç bir təhlükəsizlik qaydalarına əməl etmədən yan şüşədən çıxaraq çəkiliş edib.

Hətta sürücü saatda 70-80 km/sürətlə sərt döngəyə daxil olub və bu zaman da həmin sərnişin öz işini davam etdirib. Bu hərəkətlər isə sərnişinin həyatı üçün olduqca təhlükəlidir.

Görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları dərhal məsələni nəzarətə götürüblər. Həmin avtomobilin sürücüsü və təhlükəli hərəkətlərə yol verən sərnişin Azər Abdullayev idarəyə dəvət edilib.

Azər Abdullayev ifadəsinə bildirib ki, bu təhlükəli hərəkəti törədərkən videoçarx hazırlamaq üçün çəkiliş edirmiş.

Amma Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyib ki, bunu kortəbii etmək olmaz və belə hal qaydalara ziddir. Onun sözlərinə görə, belə çəkilişlər etməzdən əvvəl mütləq qaydada əraziyə uyğun olaraq Dövlət Yol Polis İdarəsinə rəsmi qaydada müraciət etmək lazımdır.

Araz Əsgərli onu da bildirib ki, belə hadisələr təkcə vətəndaşlar tərəfindən çəkilib sosial şəbəkələrdə paylaşılarkən araşdırılmır. Eyni zamanda ''Təhlükəsiz Şəhər'' kameraları vasitəsi ilə də belə faktlar aşkar edildikdə dərhal həmin şəxslər barəsində inzibati qaydada tədbir görülür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2021.04.07 / 10:34
Müəllif
Axar.az
Digər xəbərlər

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla