Yuxarı

“Azəriqaz” əməkdaşlarının vaksinasiyasına başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz” əməkdaşlarının vaksinasiyasına başlanıldı

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.

“Azəriqaz”dan Axar.az-a verilən məlumata görə, birliyin əməkdaşlarının işdən ayrılmadan daha rahat şəkildə peyvəndlənməyə cəlb edilməsi üçün hər cür şərait yaradılıb. Yaxın 4-5 gün ərzində Azəriqaz İB-nin yaşı 40-dan yuxarı olan 1 045 əməkdaşına peyvənd vurulacaq. Gündəlik 200-dən artıq işçinin bu prosesə qatılacağı gözlənilir.

Qeyd edək ki, qurumun əməkdaşlarının vaksinasiyası könüllü formada həyata keçirilir. Azəriqaz İB-nin qəza xidməti, müştəri xidməti və digər bir neçə sahə üzrə işçiləri abonentlərlə ayrı-ayrı vaxtlarda ünsiyyətdə olur. Onlar risk qrupuna aid edilir. Bu baxımdan, Birlik öz işçilərinin COVID-19 əleyhinə vaksinasiyasının aktiv şəkildə aparılmasında maraqlıdır.

Tarix
2021.04.07 / 16:47
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla