Yuxarı

SMS-icazə tətbiq edilə bilər - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SMS-icazə tətbiq edilə bilər - Millət vəkili

Yoluxma və ölənlərin sayının artması narahatedicidir. Vəziyyət belə davam etsə, yenidən qapanmaya gedilə, SMS-icazə sistemi tətbiq edilə bilər. Buna görə vətəndaşların vaksinasiya prosesinə cəlb edilməsi üçün daha effektiv işlər görmək lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, mövcud vəziyyətlə əlaqədar hökumət yenidən sərt rejimə keçməyə məcbur olsa, SMS-lə evdən çıxmaq və s. kimi məhdudiyyətlər peyvənd olunan şəxslərə şamil olunmaya bilər:

“Təəssüf ki, hazırda vəziyyət ciddidir. Yoluxanların sayından əlavə günlük ölüm sayı da öncəki vaxtlara nəzərən artmaqdadır. Təəssüf ki, gözləri qarşısında baş verən bu vəziyyətə baxmayaraq, hələ də laqeydlik göstərənlər var. Görünür, insanların vaksinləşmə ilə bağlı inam problemi mövcuddur.

Düşünürəm, qarşıdakı günlərdə hökumət yenidən sərt rejimə keçməyə məcbur olsa, qadağalar hamıya şamil olunmamalıdır. Yəni əvvəlcədən yoluxub sağalan və ya vaksin olunan şəxslərin hamı ilə bərabər evdə qalması məntiqli deyil. Bu, iqtisadiyyat üçün də ciddi problem yarada bilər. Vaksin olunan şəxsləri SMS-lə evdən çıxmaq kimi qadağalardan azad etmək olar. Bu şəxslər hər halda vətəndaş məsuliyyətini dərk edən və qaydalara riayət edən şəxslərdir”.

Tarix
2021.04.07 / 17:31
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla