Yuxarı

Oxçuçayın çirklənməsi digər çaylardan çoxdur - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oxçuçayın çirklənməsi digər çaylardan çoxdur - Rəsmi

Bu ilin üç ayı ərzində aparılan monitorinqlərə görə Oxçuçayda nikel, dəmir və mis-molibdenin normadan dəfələrlə artıq olması aşkarlanıb.

Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev Zəngilanda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülür:

"Bu çayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda məişət tullantı suları təmizlənmədən Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur. ETSN tərəfindən çaylarda aparılan montorinqlər göstərir ki, bu çayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur. Yanvar, fevral, mart aylarında aparılan monitorinqlərə görə bu çaylarda nikelin miqdarı 7 dəfə, dəmirin 4 dəfə, mis-molibdenin isə 2 dəfə normadan artıq olub".

M.Nəbiyev deyib ki, martın əvvəllərində Oxçuçayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb: "Həmin günlərdə çay hövzəsində bioresusların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi məhvi aşkarlanıb. Hazırda da çayın çirklənməsi davam edir. Qacaran və Qafan yataqlarının istehsal gücünün artırılması çayın dəfələrlə çirklənməsini artırıb".

Tarix
2021.04.07 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla